Kəlbəcər girovları ilə görüş keçiriləcək
“Hər zaman olduğu kimi bu dəfə də görüş baş tutduqdan sonra ictimaiyyətə məlumat veriləcək. Onlarla sonuncu dəfə dekabr ayının 9-da görüş keçirilib”.
Girov ailələrinin komitədən narazı olmasına gəlincə, BQXK-nın rəsmisi bildirib ki, komitə saxlanılan şəxslərin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayır:
“Bizim komitə uyğun məlumat olan kimi dərhal onların ailə üzvləri ilə əlaqə saxlayır”-deyə İ.Hüseynova vurğulayıb.
Xatırladaq ki, ötən il dekabr ayının 29-u Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma “məhkəməsi” keçirilib. “Məhkəmə”də hakim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Girovlarımızın Şuşa həbsxanasında saxlanıldığı deyilir.
Bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


