Prezident Xoşbəxt Yusifzadəni təltif etdi

Prezident Xoşbəxt Yusifzadəni təltif etdi
  14 Yanvar 2015    Oxunub:2149
Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.

Xoşbəxt Yusifzadə tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.


Teqlər:





Xəbər lenti