Sabah Səbailin suyu kəsiləcək

Sabah Səbailin suyu kəsiləcək
  14 Yanvar 2015    Oxunub:1322
Sabah Bakının bəzi ərazilərində içməli su məhdudiyyətlə veriləcək.
Azərsu ASC-dən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar 15 yanvar 2015-ci il tarixdə gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:



Xəbər lenti