İlham Əliyev Türkiyədə - FOTOLAR

İlham Əliyev Türkiyədə - FOTOLAR
  14 Yanvar 2015    Oxunub:3072
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına dövlət səfərinə gəlib.

Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankaranın Esenboğa beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin hökumət rəsmiləri qarşılayıb.

Sabah Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Ankarada IV Türkiyə-Azərbaycan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirak edəcək.

Bundan başqa, Prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti