Bəxtiyar Vahabzadənin yubileyi keçiriləcək

Bəxtiyar Vahabzadənin yubileyi keçiriləcək
  14 Yanvar 2015    Oxunub:1667
Azərbaycan prezidenti İlham Əliyev Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

AzVision.az


Teqlər:  





Xəbər lenti