Şəkidə Xədicə İsmayılın təxribatı - AÇIQLAMA

Şəkidə Xədicə İsmayılın təxribatı - AÇIQLAMA
  15 Yanvar 2015    Oxunub:3525
“Həbsdə olan jurnalist Xədicə İsmayılovanın fotolarının Şəki şəhərində qanunsuz olaraq yayılması təxribatdır”.

Bu barədə AzVision.az-a Şəki Şəhər İcra Hakimiyyətindən (ŞİH) verilib.

Bildirilib ki, icra hakimiyyəti bununla bağlı araşdırma aparacaq və Xədicə İsmayılın dayancaqlarda payışdırılan fotoları yığışdırılacaq:

“Hər bir şəhərdə belə bir təxribat törədilə bilər. Amma bu yol verilməzdir. İstənilən şəhərdə öyrədilmiş bir adam gedib 10 dənə şəkili avtobuslara yapışdıra bilər. Əgər belə bir hal varsa, onun mütləq qarşısı alınacaq. Bu təxribatdır. Rayon rəhbərliyi heç vaxt buna icazə verə bilməz. Özbaşına kiminsə şəkillərinin yayılması və təbliğat-təşviqat aparılmasına heç vaxt icazə verilə bilməz. Biz bununla bağlı tapşırıq verəcəyik. Əgər elə hallar varsa qarşı vaxtındaca alınacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə həbsdə olan Xədicə İsmayıl azadlığa buraxılması ilə bağlı Şəki şəhərində kampaniyaya start verildiyi qeyd olunub. Bildirilib ki, Xədicə İsmayılın fotoları şəhərdəki nəqliyyat vasitələrinin üzərinə yapşıdırılıb.

Xatırladaq ki, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova dünən məhkəmənin qərarı ilə həbs olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildi. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti