Nazirlik söz verdi: Dayancaqlarda pulsuz Wi-Fi olacaq

Nazirlik söz verdi: Dayancaqlarda pulsuz Wi-Fi olacaq
  15 Yanvar 2015    Oxunub:2394
“Bu ilin mart ayında Bakı şəhərinin bütün dayanacaqlarının pulsuz internetlə təmin olunması başa çatdırılacaq”.
Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov deyib. Onun sözlərinə görə, I Avropa Oyunları ilə bağlı Nəqliyyat Nazirliyi üzərinə düşən bütün işləri may ayına qədər yekunlaşdıracaq:

“Bütün sahələr üzrə hazırlıq prosesi gedir. İctimai nəqliyyatda kart sistemi, yollar və nəqliyyatla bağlı bütün məsələləri həll edib təvhil verməliyik. Pulsuz “Wi-Fi” sisteminin quraşdırılması ilə bağlı elə bir çətinlik yoxdur. Texniki məsələlər artıq həll olunub, onun reallaşdırılması qalıb. Mart ayından sonra onun istifadəsinə başlanılacaq. Həm də mart ayında ictimai nəqliyyatda kart sisteminin tətbiqini sona çatdırmalıyıq. Demək olar ki, hər iki məsələ eyni vaxta təsadüf edəcək”.

Nazirlik rəsmisi bildirib ki, dayanacaqlarda quraşdırılacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq:

“Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi də istisna edilmir".

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti