İlham Əliyev Ərdoğanla görüşdü

İlham Əliyev Ərdoğanla görüşdü
  15 Yanvar 2015    Oxunub:2481
Türkiyədə rəsmi səfərdə olan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

AzVision.az


Teqlər:  



Xəbər lenti