AZAL qiymətləri aşağı saldı

AZAL qiymətləri aşağı saldı
  15 Yanvar 2015    Oxunub:2157
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Kiyev-Bakı istiqamətində aviabiletlərə endirim tətbiq edib.
Aviaşirkətdən AzərTAc-a bildiriblər ki, sərnişinlər Bakı-Kiyev-Bakı istiqamətində bir bileti 309 avroya, Kiyev-Bakı-Kiyev istiqamətində isə 409 ABŞ dollarına əldə edə bilərlər. O cümlədən bir istiqamətdə, yəni Bakıdan Kiyevə 219 avroya, geriyə isə 289 ABŞ dollarına bilet almaq olar.

Aksiya yanvarın 15-dən fevralın 10-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə yanvarın 25-dən martın 15-dək olan dövrü əhatə edir.


Teqlər:





Xəbər lenti