Təhlükəli virusun vaksinləri Azərbaycanda

Təhlükəli virusun vaksinləri Azərbaycanda
  15 Yanvar 2015    Oxunub:2366
Yanvarın 14-də Türkiyə istehsalı olan nodulyar dermatit adlı virus xəstəliyi əleyhinə istifadə olunan vaksinlər ölkəmizə gətirilib.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az -a verilən məlumata görə, 2014-cü ilin yay və payız aylarında ölkəmizin 35 rayonunda nodulyar dermatit adlı virus mənşəli xəstəlik müşahidə olunub və 6040 baş heyvan bu xəstəliyə yoluxub. Onlardan 5781 başı tam sağalıb, 259 başı isə yanaşı gedən xəstəliklərin təsirindən tələf olub. Bütün yay və payız ayları ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışmaqla, bütün bölgələrdə ilkin baytarlıq yardımı göstərilib.


Xəstəlik ilk dəfə ölkəmizdə qeydə alındığında onun vaksini olmadığı üçün Türkiyə dövləti ilə müqavilə bağlanılmış və xəstəliyin ştammına uyğun vaksin istehsalına start verilib.

Bu vaksinlər 12 milyon doza miqdarında olmaqla artıq 8 milyon doza ölkəmizə gətirilib və soyuducusu olan anbara təhvil verilib. Vaksinlər hələlik anbarda saxlanılacaq və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən profilaktiki məqsədlə fevralın 15-dən sonra xəstəlik qeydə alınmış bölgələrə paylanılacaq və heyvanlar arasında peyvəndləməyə start veriləcək.

Xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması nəzərdə tutulur.

Ölkəmizdə xəstəliklə əlaqədar vəziyyət sabitdir, yeni xəstə heyvanlar qeydə alınmayıb və epizootik vəziyyət tam nəzarət altındadır.



Teqlər:



Xəbər lenti