Əsədov nazirliyi topladı, tapşırıqlar verdi

Əsədov nazirliyi topladı, tapşırıqlar verdi
  15 Yanvar 2015    Oxunub:3261
Kənd Təsərrüfatı Naziri Heydər Əsədov bu ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar toplantı keçirib.
AzVision.az xəbər verir ki, nazir Heydər Əsədovun rəhbərliyi və nazirliyin müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunan geniş iclas keçirilib.

İclasda çıxış edən nazir Heydər Əsədov 2015-ci ilin “Kənd təsərrüfatı ili”elan edilməsi ilə əlaqədar prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq etmiş və nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib.

Nazir qısa müddətdə tədbirlər planınının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Daha sonra tədbirlər planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb və çıxış edən struktur bölmələrin rəhbərləri öz təkliflərini irəli sürüblər.




Teqlər:  



Xəbər lenti