DİQQƏT: Azərbaycanda Xəzər təhlükəsi var

DİQQƏT: Azərbaycanda Xəzər təhlükəsi var
  15 Yanvar 2015    Oxunub:4667
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı rəmi məlumatda bildirilir ki, son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.
Xəzərdə suyun gözlənilmədən enişi ölkəmiz üçün hansı problemlər yarada bilər?

Tanınmış ekoloq Telman Zeynalov bu suala cavab tapmağa çalışıb. T.Zeynalov AzVision.az-a açıqlamasından bildirib ki, Xəzər dənizinin səviyyəsi aşağı düşdükdə, sahilboyu ərazidə torpaqlarımızı şoranlaşacaq.

Onun sözlərinə görə, bu hal müəyyən qədər problem yarada bilər:

“1945-50-ci illərdə Xəzər dənizinin səviyyəsi aşağı düşdükcə 1960-cı illərdə Xəzəryanı ərazilərdə, Neftçalada Balıq zavodları və bir sıra obyektlər dənzin sahilində tikildi. 1990-cı ildən sonra Xəzər dənizinin səviyyəsi 2.5 metr qalxdı. Onlar hamısı suyun altında qaldı. Yaxşı olardı ki, Xəzər dənizinin suyunun enib-qalxması ilə bağlı dövlət tərəfindən tədqiqat aparılsın. Hər hansı bir tədbir həyata keçirirlərsə belə həmin tədqiqata əsasən həyata keçirilsin. Odur ki, sovet dönəmində tikilən zavodların əksəriyyəti su altında qaldı”.

Ekoloq bildirib ki, tarix boyu Xəzər dənizində qalxıb-enmələr olub. Bunu elmi cəhətdən əsaslandırmaq lazımdır ki, Xəzər dənizi nə qədər geri çəkilə bilər, nə qədər qabağa gələ bilər:

“Mərhum prezident Heydər Əliyev qərar vermişdi ki, Xəzər dənizindən 130 metr sahildə heç bir tikinti aparmaq olmaz. Mərhum prezident həmin tarixi nəzərə almışdı. Buna baxmayaraq bir neçə il sonra həmin ərazilərin qiyməti qalxdı və başladılar o torpaq sahələrini alıb, orada müəyyən obyektlər, mülklər tikdilər. Xəzər dənizi 2 metr də geri çəkilsə, bunlar məcbur olacaqlar hasarlarını uzadaraq dənizə doğru hərəkət etsinlər. Bir neçə ildən sonra Xəzərin səviyyəsi qalxacaq və həmin əraziləri su basacaq. Fikirləşmək lazımdır ki, Xəzər dənizinə hücum etmək olmaz. Xəzər dənizi geri də çəkilir, qabağa da gəlir. Onu nəzərə almaq lazımdır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti