Azərbaycan prezidenti “soyqırım” günü Türkiyədə olacaq

Azərbaycan prezidenti “soyqırım” günü Türkiyədə olacaq
  15 Yanvar 2015    Oxunub:2575
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanın dəvəti ilə aprelin 24-də yenidən Türkiyəyə səfət edəcək.

AzVision.az xəbər verir ki, bu sözləri Ərdoğan bu gün İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfrasında deyib.

Ərdoğan qeyd edib ki, bu il Türkiyə G20-ə ev sahibliyi edəcək: “G 20-ə ev sahibliyi edəcəyik. Azərbaycan da bizim dəvətlimiz olaraq G20-də yer alacaq, birgə müzakirələrdə iştirak edəcək.

Eyni zamanda aprelin 24-də Çanakkala müharibəsinin 100-cü ildönümü münasibətilə bir çox ölkə başçılarını Türkiyəyə dəvət etdik. Həmin gün cənab Əliyevlə birlikdə Çanakkala da olacağıq”.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti