Nazirlik Qubada müşavirə keçirəcək

Nazirlik Qubada müşavirə keçirəcək
  15 Yanvar 2015    Oxunub:1824
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda "Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı" mövzusunda regional müşavirə keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müşavirədə nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, eləcə də Nazirliyin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən müvafiq qurumlarının rəhbərləri, alimlər, mütəxəssislər, fermerlər və digər özəl bölmələrin nümayəndələrinin iştirakı gözlənilir.


Teqlər:





Xəbər lenti