İtaliya ay sonunda yeni prezidentini seçəcək

İtaliya ay sonunda yeni prezidentini seçəcək
  15 Yanvar 2015    Oxunub:2209
Corco Napolitanonun istefasından sonra İtaliya Senatının sədri Pietro Qrasso müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başlayıb.
Ölkənin Baş naziri Matteo Renzi cari ayın sonunadək yeni prezidentin seçiləcəyinə ümidvar olduğunu deyib. Belə ki, İtaliya parlamentinin üzvləri və ölkənin 20 regionunun nümayəndələri yanvarın 29-da yeni prezidenti seçmək üçün bir araya gələcək.

Ümumiyyətlə, İtaliyada prezident Deputatlar Palatasının 630 deputatı, Senatın 315 üzvü və 58 regional nümayəndə tərəfindən seçilir. Hər region prezidenti seçmək üçün üç nümayəndə təyin edir. Təkcə Valle dAosta regionu bir nümayəndə təyin edir. İtaliya Konstitusiyasına görə, yeni prezident seçilənədək Senatın sədri onun səlahiyyətlərini icra edir.

AzVision.az


Teqlər:





Xəbər lenti