Hava kəskin dəyişir, qar yağacaq
Bu gün isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərində duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcəyi, rütubətliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


