Neft yenə ucuzlaşdı – daha iki səbəb

Neft yenə ucuzlaşdı – daha iki səbəb
  16 Yanvar 2015    Oxunub:3140
Neftin dünənki bahalaşmasından sonra qiymətlər yenə də düşüb.

`Brent` markalı neftin fevral fyüçersləri qısa müddətə 50%-dan yuxarı qalxsa da, təzədən 1,02% ucuzlaşaraq, 48,2 dollara enib.

OPEK-in dəyərləndirməsinə görə, 2015-ci ildə neftə gündəlik təlabat 28.8 milyon barrel olacaq. Halbuki, 2014-cü ildə gündəlik təlabat 29,1 milyon barel idi.

Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.

AzVision.az


Teqlər:





Xəbər lenti