Ərdoğandan Sarkisyana tərs şillə

Ərdoğandan Sarkisyana tərs şillə
  16 Yanvar 2015    Oxunub:3251
Ermənistan prezidenti `soyqırım` günündə Çanaqqala Zəfərini bayram etməyə çağırıldı
Rəsmi Ankara I Dünya müharibsi zamanı baş verən Çanaqqala döyüşünün 100-cü il dönümünü qeyd etməyə hazırlaşır.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu məqsədlə 102 ölkənin dövlət və hökumət başçısına 23-24 aprel tarixlərində keçiriləcək anım mərasimində iştirak üçün dəvətnamə göndərib.

Dəvət edilən prezidentlər arasında Ermənistan prezidenti Serj Sarkisyan da var.

Digər diqqtçəkən məqam isə hər il aprelin 24-ü ermənilərin qondarma `soyqırım`ın il dönümü kimi qeyd etməsidir.

Ərdoğan ABŞ prezidenti Barak Obamanı da anım mərasiminə dəvət edib.

Tədbirin proqramına görə, aprelin 23-ü İstanbulda “Sülh zirvəsi” təşkil olunacaq, 24-ü isə zirvəyə qatılacaq bütün dövlət və hökumət başçılarının iştirakı ilə Çanaqqala döyüşünün anım mərasimi keçiriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti