Narazı məhbuslar 14-cü `kalon`dan köçürülürür

Narazı məhbuslar 14-cü `kalon`dan köçürülürür
  16 Yanvar 2015    Oxunub:8656
Son günlər ölkədə böyük qalmaqala səbəb olan 14 saylı cəzaçəkmə müəssisəsindən 11 məhkum başqa müəssisəyə köçürülüb.

Bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. Qeyd edib ki, məhkumların valideynlərindən çox saylı şikayətlər daxil olur.

Onun sözlərinə görə, bu baxımdan bəzi məhkumlar 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülür:

“Bizə valideynlərdən şikayətlər daxil olub. Onlar bildirirlər ki, 14 saylı cəzaçəkmə müəssisəsindəki məhkumları 3 saylı cəzaçəkmə müəssisəsinə köçürürlər. Valideynlər həmin məhkumlara işgəncə verildiyini bildirirlər. Bizə 6 nəfərin ərizəsi daxil olub. Oradan 11 məhkumun başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilir”.

Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar etiraza qalxıblar. Mətbuatda yayılan məlumatlara görə, məhbusları ayağa qaldıran səbəb 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi olub.

İddia edilir ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti