Bakıda növbəti ağac “soyqırımı” - FOTO

Bakıda növbəti ağac “soyqırımı” - FOTO
  16 Yanvar 2015    Oxunub:2078
Paytaxtda daha bir ağac kəsimi faktı aşkarlanıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Xətai rayonu, Sarayevo küçəsində iri şam ağacları kəsilib. Bildirilir ki, kəsilən ağacların kötüyü torpaqla örtülərək gizlədilməyə çalışılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə məsələyə aydınlıq gətirib. O bildirib ki, sözügedən ərazidə 8 şam ağacı kəsilib və bu faktla bağlı nazirlik artıq hərəkətə keçib:

"Bizim nazirliyin əməkdaşları həmin ərazidə olublar və ağac kəsimi faktını müəyyən ediblər. ETSN əməkdaşları Xətai rayonu, Sarayevo küçəsində 8 şam ağacının kəsilməsi faktı ilə bağlı təqsirkarların tapılması üçün aidiyyatı orqanlara müraciət ediblər. Hazırda faktla bağlı araşdırma aparılır".

Nazirlik rəsmisi qeyd edib ki, ETSN əməkdaşları tərəfindən faktla bağlı akt tərtib olunub.


Teqlər:  





Xəbər lenti