20 Yanvara hazırlıq başladı - FOTOLAR

20 Yanvara hazırlıq başladı - FOTOLAR
  16 Yanvar 2015    Oxunub:2314
Bu il Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 25 iliyi qeyd edilir. AzVision.az xəbər verir ki, artıq faciənin anım mərasimləri ilə bağlı hazırlıq işlərinə başlanıb.
20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanında ənənəvi ekspozisiyanın eskizi hazırlanmaqdadır. Ağ və qırmızı güllərdən ibarət ekspozisiya Şəhidlər Xiyabanının girişində qurulur.

Ekspoziya təqribən 300 kvadratmetrə yaxın sahəni əhatə edəcək və qərənfilləri əks etdirəcək. Hazırlıq işlərində minlərlə güldən istifadə ediləcək.

Bundan əlavə Xiyabanın giriş hissəsində pilləkənlərin üzərində, eləcə də məzarların yaxınlığında qara lentlər bağlanılır. Hazırlıq işləri ayın 19-da yekunlaşacaq.









Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti