Bütün Fransa bu müsəlmandan danışır

Bütün Fransa bu müsəlmandan danışır
  16 Yanvar 2015    Oxunub:2860
Fransanın paytaxtı Parisdə yəhudi marketinə hücum zamanı 15 nəfərin həyatını xilas edən müsəlman Lasana Batili üçün imzatoplama kampaniyası başlayıb.
AzVision.az xəbər verir ki, əslən Malidən olan müsəlman gəncə Fransa vətəndaşlığı və ölkənin ən ali mükafatı `Fəxri legion` ordeninin verilməsi təklif olunur.

İndiyə qədər kampaniyaya 270 min nəfər qoşularaq bu təklifi dəstəklədiyini bildirib.

Qeyd edək ki, yanvarın 9-u qarşıdurma zamanı polisi öldürən Amedi Kulibali yəhudilərin marketinə hücum edib. Bu zaman 24 yaşlı müsəlman gənc mağazadakı müştəriləri anbardakı soyuducuya salıb:

“Onlara tapşırdım ki, sakit dayansınlar və gözləsinlər, gəlib onları xilas edəcəyəm. Daha sonra isə anbarın işığını söndürüb soyuducunu isə cərəyandan ayırdım”.

Bu hərəkətinə görə ölkə prezidenti Fransua Olland da ona zəng edib təbrik etmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti