Sənədsiz evlərlə bağlı fərman kimlərə şamil ediləcək?

Sənədsiz evlərlə bağlı fərman kimlərə şamil ediləcək?
  16 Yanvar 2015    Oxunub:5712
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nı təsdiq edib.

Ölkə başçısının imzaladığı fərmanla daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması əsas hesab edilir. Həmçinin fərmanda bir neçə istisnalar qeyd olunub ki, sözügedən fəman həmin ərazilərdə olan daşınmaz əmlaka şamil edilmir. Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınır.

Hələ də bir çoxları fərmanın qanunsuz evlərə də şamil olunduğunu düşünür.

Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiəyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov məsələyə aydınlıq gətirib. Bildirib ki, preizdentin bu fərmanı ilə reystr üçün əsas hesab edilən sənədlərin siyahısı tərtib edilib:

“Vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb. Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib.

Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı”.

Q.Xəlilov qeyd edib ki, sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” qanunda öz əksini tapmayıb: “Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, prezidentin imzaladığı fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq".

Ekspert qeyd edib ki, sözügedən qanun qüvvəyə minədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır:
Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur.

Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında aparılacaq".

İqtisadçı alimin fikrincə, əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlər ilə onu rəsmilləşdirə və dövlət qeydiyyatına daxil etdirə biləcəksiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti