4 nəfər prokurorluq orqanlarından çıxarılıb

4 nəfər prokurorluq orqanlarından çıxarılıb
  16 Yanvar 2015    Oxunub:3286
Bakının prokurorluq orqanlarından ötən il 4 nəfər vəzifədən azad edilib.
Bakı Şəhər Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti