`Kozlariç banan alverçisi, Kramer isə səfehdir`

`Kozlariç banan alverçisi, Kramer isə səfehdir`
  16 Yanvar 2015    Oxunub:3546
`www.brookings.edu` saytı Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstutunun icraçı direktoru vəzifəsində çalışan Devid Kramer “Azadlıq” radiosunun rus xidmətinə Azərbaycanın əleyhinə acıq şəkildə müsahibə veriblər.

BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, hər iki şəxsin müsahibələrində dövlətimizin maraqlarına zidd ifadələr olduğu halda, Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti bunu dərc edir:

- Devid Kramerin acıqlaması birbaşa səfehlik və siyasi səviyyəsizlikdir. O, müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. “Azadlıq” radiosunun keçmiş rəhbəri Mirzə Xəzər bu yaxınlarda öz bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ “Azadlıq” radiosunun Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra “Azadlıq” radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb.

Orduxanlı xatırladıb ki, əslində ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin korlanması Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdiyi dövrə təsadüf edir. Dövlət başçımiz bu dəvətdən imtina etdikdən sonra ABŞ-ın Azərbaycana yönəlik siyasəti dəyişdi: “Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Əsl səbəb budur. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Bu banan alverçisi Kozlariçin nə demək istədiyi cümlənin ikinci hissəsində ifadə olunur. Necə yəni, Ermənistanla ciddi danışıq aparmalıyıq?! Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Biz torpağımızı işğal edən bir ölkə ilə hansı danışıqları aparmalıyıq?! Odur ki, bu adamların niyyətləri acıq şəkildə ortadadır. Budur, sizin 20 ildən artıq tutduğunuz “ədalətli mövqe”?! ABŞ bilməldir ki, Azərbaycana qarşı tutduğu bu cür mövqe birbaşa Rusiyanın maraqlarına cavab verir”.


Teqlər:  





Xəbər lenti