Həbsxanaya mobil telefon keçirmək istədilər

Həbsxanaya mobil telefon keçirmək istədilər
  16 Yanvar 2015    Oxunub:1963
Anası məhkuma “Ana-bala” adlı yağ qabının içərisində mobil telefon keçirmək istəyib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına gətirilən sovqatdan mobil telefon aşkar olunub.

Belə ki, məhkumla qısamüddətli görüşə gəlmiş anası, Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti