Elmar Məmmədyarov səfirlə görüşüb

Elmar Məmmədyarov səfirlə görüşüb
  16 Yanvar 2015    Oxunub:1907
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliynin mətbuat xidmətindən azVision.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

V.Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

AzVision.az


Teqlər:





Xəbər lenti