Sumqayıtda güclü partlayış - 2 nəfər yaralandı (YENİLƏNİB)

Sumqayıtda güclü partlayış - 2 nəfər yaralandı (YENİLƏNİB)
  17 Yanvar 2015    Oxunub:3165
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib. Nəticədə ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb.

Sexdə dayanmış “HYUNDAI” və “MİTSUBİSHİ” markalı minik avtomobilləri dağıntı altında qalıb. Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Sumqayıt şəhərində güclü partlayış olub.

Şəhər sakinlərinin AzVision.az-a verdiyi məlumata görə, partlayış Sumqayıtın girişində yerləşən avtomobil təmiri servisində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti