Azərbaycandan Suriyaya gedən ana və övladları - FOTOLAR

Azərbaycandan Suriyaya gedən ana və övladları - FOTOLAR
  17 Yanvar 2015    Oxunub:7628
Bir neçə gün öncə övladlarını da götürərək Suriyaya gedən qadının fotolarını əldə edilib.
Elnurə Beydullah qızı Məmmədova iki qızı, bir oğlu ilə Suriyaya qaçıb.

2013-cü ildən Rusiyada işləyən Şəkinin Daşüz kənd sakini İbrahim Məmmədov evinə qayıdanda ailəsinin Suriyaya getdiyini öyrənib. O, ötən il dekabrın 27-də isə Azərbaycana qayıdıb.

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür.

Anaları ilə Suriyaya gedən Günay 15, Ülkər 12, Rüstəm isə 13 yaşında olub.

Elnurə Məmmədovanın qayınanasının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb.

Onların Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur (anspress).








Teqlər:





Xəbər lenti