3 il sonra əcəl eyni yerdə kişinin canını aldı

3 il sonra əcəl eyni yerdə kişinin canını aldı
  17 Yanvar 2015    Oxunub:3324
Bərdədə yol nəqliyyat hadisəsi bir ailənin faciəsinə səbəb olub.
AzVison.az anspress-ə istinadən xəbər verir ki, bir neçə il öncə həyat yoldaşını eyni yerdə, eyni səbəbdən itirən Bərdə rayon sakini bu dəfə özü qəzanın qurbanı olub.

Bərdədə Koroğlu küçəsində, “Qəhrəmanlar” parkının yaxınlığında axşam tərəfi ağır yol nəqliyyat hadisəsi baş verib. Ailəsini süpürgə satmaqla dolandıran rayon sakini 76 yaşlı Yusif Həsənov sürətlə gələn avtomobilin qurbanı olub.

Yolu keçməyə çalışarkən Famil Şərifovun idarə etdiyi “Mersedes” markalı avtomobil qocanı vurub. Hadisə şahidlərinin sözlərinə görə qəflətən əyləci basan sürücünün idarə etdiyi maşın fırlanaraq arxa hissəi ilə Yusif Həsənova çırpılıb. Aldığı zərbədən qoca hadisə yerindəcə dünyasını dəyişib. Eyni yerdə 3 il öncə Yusif Həsənovun həyat yoldaşı Nazilə Həsənova da avtomobil qəzasında həlak olub. Ailə üzvəri və Koroğlu küçəsinin sakinləri yola avtomobillərin sürətini azaldacaq xüsusi maneələr qoyulmasını istəyir.

Rayon polis idarəsindən əldə etdiyimiz məlumata görə artıq “Mersedes”in sürücüsü saxlanılıb və faktla bağı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti