Bakıya yağış, rayonlara qar yağır

Bakıya yağış, rayonlara qar yağır
  17 Yanvar 2015    Oxunub:2450
Bu gün Bakıda və Abşeron yarımadasında yağış yağacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsənəcək.

Temperaturun gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Bu gün rayonlarda da havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Artıq bəzi bölgələrdə, xüsusən ölkənin şimal bölgəsində gecədən başlayaraq qar yağmağa başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti