Nazirliyə şikayət edənlərin sayı

Nazirliyə şikayət edənlərin sayı
  17 Yanvar 2015    Oxunub:1894
2014-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 198 min 325 zəng daxil olub ki, bu da əvvəlki illə müqayisədə 7,65 faiz çoxdur.
Nazirlikdən verilən məlumata görə, canlı əlaqə zamanı 190 min 553 müraciət cavablandırılıb ki, onların da 13,57 faizi qeydiyyat, 11,96 faizi vergi növləri, 10,84 faizi elektron xidmətlər, 10,72 faizi asan imza, 7,11 faizi hesabatlar (bəyannamə və arayışlar) və onların doldurulma qaydaları, 5,83 faizi əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,46 faizi vergi ödəyicisinə göndərilmiş mesajlar, 3,3 faizi büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş müraciətlərin 5021-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, həmin müraciətlər orta hesabla 2,4 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 16 min 930 dəfə vergi borcu, 8 min 460 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Vergi ödəyicilərinə 2 milyon 296 min 678, o cümlədən 10 min 6 səsli mesaj göndərilib.

Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,3 faiz olub. İl ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 3 milyon 633 min 992 daxilolma qeydə alınıb.



Teqlər:





Xəbər lenti