Təhsil naziri prezidentin sərəncamını alqışladı

Təhsil naziri prezidentin sərəncamını alqışladı
  17 Yanvar 2015    Oxunub:5043
“Təhsil sisteminin gücü bu sistemdə çalışan müəllimlərin gücündən asılıdır”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib.

Təhsil naziri bildirib ki, prezident İlham Əliyevin dərs yükü normasının 1,5 dəfə, əmək haqqının 2 dəfə artırılması barədə imzaladığı sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir”.

M.Cabbarov qeyd edib ki, kənd məktəblərində vakansiyalarının sayında azalma müşahidə olunub:

“Azərbaycanın ucqar kəndlərində çalışan müəllimlərin əmək haqlarında və əlavə ödənişlərində irəliləyişlər var. Təhsil sistemimizin optimallaşdırılmasına ehtiyac var. Müəllim peşəsinin cəlb edici olmasına şərait yaratmağa çalışırıq

AzVision.az


Teqlər:  





Xəbər lenti