Rayon müəllimlərinin də maaşı artacaq
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu prosesə hardansa başlanılmalıydı və ilk olaraq paytaxdan başlandı:
“Sınaq qiymətləndirmə prosesi regionlarda da davam etdiriləcək. Müəllimlərin maaşlarının artırılması ilə bağlı dövlət başçısının bununla bağlı konkret tapşırıqları var. Məhz buna görə, sınaq qiymətlərinin aparılması üçün hazırlıq işləri gedir. Bunu bir gündə etmək mümkün deyil. Yəqin ki, yay aylarında bu sınaq qiymətləndirməsinə başlanacaq”- deyə nazir vurğulayıb.
AzVision.az