2 saata 600 dolları necə qazandılar

2 saata 600 dolları necə qazandılar
  14 May 2013    Oxunub:1699
Stenford Universitetinin müəllimi Tina Silinq tələbələrinə məhz bunu tapşırıb. Tələbələr on dörd komandaya bölünüb və hər birinə zərfdə 5 dollar “ilkin kapital”, bir də iki saat vaxt verilib. Tapşırıqla bağlı hər komandaya öz qərarlarını təqdim etmək üçün üç dəqiqə vaxt ayrılıb. Bu tələbələrin yerində olsaydınız, siz nə edərdiniz?
Tələbələrin əsas meyli etdikləri variantlar avtoyuyucu və ya sərinləşdirici içkilərin satışının təşkili olub. Çünki 5 dollara bu işlər üçün ilkin vasitələr almaq olar. Başqa variantlarla bir neçə saat ərzində nisbətən az pul qazanmaq olar.

Ancaq tələbələrin bəziləri standart çərçivədən çıxmağa çalışıblar. Onlar çoxlu ənənəvi qərarlar irəli sürüblər və verilmiş şərtlərdə maksimal dəyərin əldə olunmasına çalışıblar. Ancaq qalib komanda 600 dollar qazana bilib.

Ən maraqlısı budur ki, daha çox pul qazanmış komanda ilkin kapitaldan - 5 dollardan istifadə etməyib. Onlar bu məbləğin onlara kömək etməyəcəyini düşündükləri üçün məsələyə başqa cür yanaşıb və sıfırdan başlayıblar.

Qruplardan biri istirahət günləri növbələrdə vaxt itirmək istəməyən insanlara kömək etmək məqsədilə diqqəti kiçik restoranlara yönəldib. Komandanın üzvləri restoranlarda bir neçə masa tutub və restorana dərhal girmək istəyən insanlardan 20 dollar giriş haqqı alıb, yerlərini onlara veriblər.

Digər komanda tələbə ittifaqının binası qarşısında velosiped şinlərinə pulsuz hava vurmağa başlayıblar. Bir neçə müştəriyə pulsuz xidmət etdikdən sonra, müştərilər onlardan razı qalıblar. Xidmətin sadəliyinə baxmayaraq, komanda bundan sonra minimum ödəniş təyin edib və bir neçə saata onların gəliri artıb.

İşlədiyi illər ərzində Tina Siliq bu cür sınaqlar çox keçirib və hər dəfə tələbələr onu təəccübləndiriblər. Onun bu təcrübələrdən çıxardığı əsas nəticələr:

Birincisi, ətrafımızda çox imkanlar var. İstənilən yerdə və istənilən vaxtda ətrafda həlinə ehtiyac olan bir çox problem görmək olar.

İkincisi, problemin böyüklüyündən asılı olmayaraq, onun həlli üçün resursların məhdudluğu şəraitində belə, kreativ yanaşmaq lazımdır.

Üçüncüsü, biz problemlərə çərçivə qoyuruq. Sadə tapşırıq, məsələn, iki saat ərzində pul qazanmaq meydana çıxarsa, insanların əksəriyyəti standart cavab reaksiyasına yönəlir. Onlar geriyə addım atmır və problemi daha geniş çərçivədə araşdırmır. Amma çərçivədən uzaqlaşmaq və ətrafda yeni imkanları görmək lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti