İrana təzyiqlər artırılacaq

İrana təzyiqlər artırılacaq
  14 May 2013    Oxunub:1343
ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşb
ABŞ-da Böyük Britaniyanın baş naziri Devid Kemeronu qəbul edən prezident Barak Obama İrana təzyiqləri artırmağın zərurətindən danışıb. Ağ Evin sahibi deyib ki, Britaniya hökumət başçısı ilə danışıqlarda İranı nüvə proqramından imtinaya razı salmaq istiqamətində bu addımı atmaq barədə razılıq əldə ediblər.

Barak Obama İranın üzərinə isə altılıq üzvləri ilə dialoqu bərpa etməklə bağlı öhdəliklər düşdüyünü və Tehranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini sübut etməli olduğunu vurğulayıb. Amerika lideri deyib ki, İran nüvə proqramına dair dünya ictimaiyyətinin narahatlığına son qoymalıdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti