`Əli Mirəliyev hər yerə burnunu soxur...` - Hafiz Hacıyev

`Əli Mirəliyev hər yerə burnunu soxur...` - Hafiz Hacıyev
  19 Yanvar 2015    Oxunub:3961
“Əli Mirəliyev yaxşı sənətkardır, gözəl insandır, yaxşı olar ki, getsin öz işi ilə məşğul olsun. O niyə siyasi dənizə baş vurur axı?”
Bu sözləri AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri müğənni Əli Mirəliyevin siyasətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Vurğulayıb ki, Əli Mirəliyev siyasətdə hansı məsələlərdə hansı mövqe sərgiləmək lazım olduğunu bilmir:

“Əli müəllim yaxşı insandır, amma yaxşı insan olmaq o demək deyil ki, hər şeyə qarışsın. Burnu girməyən yerə başını soxmasın. Ona böyük hörmətim var, yaxşı olar ki, özünü şou-biznes aləmində sınasın, o sahədə ekspertlik etsin, o sahədəki nöqsanlara fikir bildirsin. Siyasət ağır sahədi, Əli müəllimin girəcəyi kol deyil, siyasət ağır işdir. Siyasət haqda fikir bildirmık üçün dünyada gedən prosesləri izləmək, ağır terminologiyanı bilmək lazımdır. Şou aləmi deyil ki, səsin olsa da olmasa da özünə şou yaradasan”.

Qeyd edək ki, Əli Mirəliyev mətbuata açıqlamasında Azərbaycan siyasətçilərini tənqid edib:

“Ölkəmizdə hər şey olduqca gözəldir və buna görə də siyasi problem yoxdur. Xarici ölkələrdə insanlar siyasətçiləri maraqla izləyirlər, onların sözlərinə diqqətlə qulaq asıb, nəticə çıxardırlar. Bizdə isə dinləniləsi siyasətçi və ya siyasi partiya yoxdur”.

AzVision.az


Teqlər:  



Xəbər lenti