Meriya `SSRİ`ni siləcəkmi? - AÇIQLAMA

Meriya `SSRİ`ni siləcəkmi? - AÇIQLAMA
  19 Yanvar 2015    Oxunub:2625
Xəbər verdiyimiz kimi, ötən həftə AMEA prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında akademiyanın Rəyasət Heyətinin binası üzərində qeyd olunan “SSRİ” və həmin dövrlə bağlı yazıların silinməsi ilə üçün rəsmi qurumlara müraciət ünvanlamışdı.
A. Əlizadə həmin yazının silinməsini Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edib. Müraciətə baxmayaraq hələ də AMEA-nın binası “SSRİ”dən xilas ola bilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Ümumi Şöbəsinin müdiri Namiq Məmmədov AzVision.az- açıqlamasında bildirib ki, Rəyasət Heyətinin binası üzərində qeyd olunan “SSRİ” sözünün silinməsi ilə bağlı onlara müraciət daxil olub:

“Bununla bağlı bizə müraciət daxil olub. Biz də müraciəti Mənzil Kommunal Təsərrüfatı Şöbəsinə göndərmişik. Müraciətlə bağlı araşdırma aparılacaq. O yazının oradan silinib-silinməməsi məsələsi araşdırılıdıqdan sonra açıqlama veriləcək”.

Hafiz Hacıyev


Teqlər:  



Xəbər lenti