Hövsandakı aksiya araşdırılır - AÇIQLAMA

Hövsandakı aksiya araşdırılır - AÇIQLAMA
  19 Yanvar 2015    Oxunub:3129
Bakı şəhər Təhsil İdarəsinin nümayəndələri valideynlərin etiraz aksiyası keçirdiyi Hövsan kənd 118 saylı orta məktəbə baş çəkiblər.
İdarədən AzVision.az-a verilən məlumata görə, məktəbdə müəllimlərin dərsə gəlməməsi və nəticədə dərslərin boş keçməsi ilə bağlı iddialar idarə əməkdaşları tərəfində araşdırılır. Qeyd edilib ki, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu gün Bakının Hövsan kəndində 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun şagirdləri təhqir etdiyini iddia edən valideynlər etiraza qalxıblar. Məktəbdə dərslərin boş keçdiyini deyən şagirdlər dərsə gəlməyən müəllimlərin başqası ilə əvəz edilməsini tələb ediblər.

Yerli sakinlər deyiblər ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?"

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib

Fatimə Kərimli



Teqlər:  



Xəbər lenti