Qızıl bazarında alver `ölüb` - FOTOLAR

Qızıl bazarında alver `ölüb` - FOTOLAR
  19 Yanvar 2015    Oxunub:28532
Son günlər qızılın qiymətinin ucuzlaşması ilə bağlı müxtəlif məlumatlar yayılır. Yerli bazarda qiymətlərin aşağı düşdüyü, hətta bu ucuzlaşmanın davam edəcəyi bildirilir.

Qızılın qiyməti ucuzlaşsa da bu işlə məşğul olanlar alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, qızıl alveri böhran vəziyyətindədir.

Bakıda fəaliyyət göstərən bir neçə qızıl mağazasında baş çəkib, vəziyyətlə maraqlandıq. Qızıl alverçiləri qiymətlərin ucuz olmasına baxmayaraq, günlərlə siftə etmədiklərini deyirlər.



Satıcı Reyhan Abbasova bizimlə söhbətində bildirdi ki, son günlər qızılın qiymətində ucuzlaşma müşahidə olunsa da bunu böyük qiymət düşməsi hesab etmək olmaz:

“Qiymətlərə nəzərə yetirsək müəyyən qədər qiymətin düşməsi müşahidə olunur. Həm də alıcıların sayında azalma var. Qiymətin düşməsi bununla da bağlı ola bilər”.



Digər satıcı Səbinə Tağıyeva da qiymətlərin müəyyən qədər enməsini təsdiqlədi. Satıcı əvvəlki qiymətlərə müqayisə də hazırda 10-15 manat fərq olduğunu deyir:

“İndi qiymətlər əvvəlkinə nisbətən 10 manat aşağı enib. Bu da qiymətinə və qızılın gətirildiyi ölkəyə nisbətən dəyişir. Bəzi qızıllarda qiymət ucuzlaşması 20 manata kimi müşahidə olunur”.



Qızıl mağazalarında alıcı qıtlığı müşhidə olunurdu. Qızıl almaq üçün gələn alıcılar isə daha çox Türkiyə qızıllarına üstünlüklük verdiklərini qeyd edirdilər. Türk qızılı İtalyan qızılına nisbətən ucuz odluğundan daha çox tələbat bu qızıldan olan məmulatlaradır. Alıcılar qiymətlərin düşməsindən razı görünsələr də qızıl almağa tələsmədiklərini deyirlər.

“Qiymətlərin bir qədər də aşağı düşməsini gözləyirik”.

Satıcılar isə hesab edirlər ki, qızılın qiyməti stabil deyil, yaxın vaxtlarda yenidən qiymətlərin bahalaşacağı gözlənilir.Bunu isə gömrükdə müəyyən rüsumların qaldırılması ilə əlaqələndirdilər.

Baş çəkdiyimiz bütün mağazalarda demək olar ki, eyni vəziyyət hökm sürürdü. Satıcılar alıcı yolunu gözləyir, alıcılar isə pulsuzluqdan şikayətlənirdilər. Ümimilikdə toy mövsümü davam etsə də qızıl bazarında böhran hökm sürür. Ekspertlərin fikrincə, xaricdən gətirilən qızıl və gümüş zinət əşyaları
daxili baxarı, yerli sex istehsalını çökdürüb.








Anar Kəlbiyev
Fotolar: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti