İtkin düşən şagirdlə bağlı nazirlikdən AÇIQLAMA

İtkin düşən şagirdlə bağlı nazirlikdən AÇIQLAMA
  19 Yanvar 2015    Oxunub:2296
Təhsil Nazirliyi Bakının Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbinin şagirdi Vəzir Həsənovun itkin düşməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, yanvarın 5-də məktəbə qayıtmaq adı ilə atasının evindən çıxan Vəzir Kürdəmir rayonuna dayısıgilə gedib. Bir gün sonra dayısı bu barədə Vəzirin atasına xəbər verib.

İnternat məktəbindən verilən məlumatda qeyd olunur ki, VII sinif şagirdi Vəzir atası Azər Həsənovun yazılı müraciəti əsasında dekabrın 25-də evə göndərilib. Tətil günlərini uşaq evdə ailəsi ilə birgə keçirib. Tətildən sonra böyük qardaşı Vəziri internat məktəbinə yola salıb. Lakin uşaq məktəb əvəzinə Kürdəmir rayonu Xəlsə kəndinə dayısının yanına gedib.

Hazırda Vəzir valideynlərinin yanındadır. Atası uşağı özü internat məktəbinə gətirəcəyini bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti