Dəmiryolçuları ixtisar gözləyir - ÖZƏL

Dəmiryolçuları ixtisar gözləyir - ÖZƏL
  19 Yanvar 2015    Oxunub:3881
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin əmək haqları bilik səviyyələrinə görə qiymətləndiriləcək.
Bu barədə AzVision.az-a QSC-nin əməkdaşları məlumat veriblər. Bildirilir ki, rəhbərlik səviyyəsində onlara imtahanlara hazırlaşmaq haqda tapşırıq verilib. Diqqətə çatdırılıb ki, imtahanın nəticələrinə görə, onların bilik səviyyəsi yoxlanılacaq. İmtahanın nəticəsindən asılı olaraq hər kəsə dərəcə veriləcək. Həmin dərəcəyə uyğun olaraq işçilərə maaş təyin olunacaq.

İmtahandan kəsilənlərin işdən azad olunacağı da xəbərdarlıq edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov saytımıza açıqlamasında bildirdi ki, QSC-yə bununla bağlı rəsmi məlumat daxil olmayıb.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti