`Müğənnilər bazar söhbəti edirlər...`- Deputatdan şikayət
Şou-biznes nümayəndələrinin baha qiymətə toya getməsindən gileylənən deputat müğənnilərin vergidən yayındığını bildirib.
“Biz qanundan danışırıq, onlar isə bazar söhbətindən danışırlar. Kimliyindən asılı olmayaraq, gəlir əldə edən şəxs, həmin gəlirdən vergi ödəməlidir. Bu, birmənalı şəkildədir. ABŞ-da ölümdən və vergidən yayınmaq olmaz. Ölkəmizdə də belə bir mühit formalaşdırmaq lazımdır ki, vergidən yayınma halları olmasın”.
Milli Məclisin üzvü bildirib ki, bunları deməklə müğənnilərlə skandalın iştirakçısı olmaq istəmir:
“Vergidən yayınan tək onlar deyil. Bu barədə böyük siyahı sadalamışam. Həmçinin ölkəmizdə xeyli sayda hündürmərtəbəli binalar var və onların bir çoxu icarəyə verilib. Onların da çox hissəsi vergidən yayınır”-deyə millət vəkili vurğulayıb.
Qeyd edək ku, şou-biznes nümayəndələrinin yeni toy qiymətləri açıqlanıb. Belə ki, bir çox müğənilər yeni ilə yeni qiymətlərlə qədəm qoyublar. Onların bir toyu aparmaq üçün qiymətləri 3000-15 000 manat arasında dəyişir. Müğənnilər arımsaat oxumaq üçün isə 500-6000 man manat pul istəyirlər. Bu qiymətlər göründüyü kimi heç də az deyil.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


