66-cı Kann festivalına iki gün qaldı

66-cı Kann festivalına iki gün qaldı
  14 May 2013    Oxunub:1172
Müsabiqəyə 20 film təqdim olunub.
66-cı Kann festivalının açılışına iki gün qalıb. Artıq sonuncu hazırlıqlar da başa çatır. Festivalın keçiriləcəyi sarayın binasında rəsmi afişa asılıb. Fransanın bu məşhur şəhərinə dünya ulduzlarının və onların pərəstişkarlarının axını gözlənilir. Pərəstişkarlar, kinofestival müddətində Alen Delon, Leonardo di Kaprio kimi məşhur aktyorları da görməyə ümid edirlər. Festival Leonardo di Kaprionun baş rolunu oyanadığı «Böyük Qetsbi» filmi ilə açılacaq. Müsabiqəyə 20 film təqdim olunub. Bu il münsiflər heyətinə tanınmış rejissor Stiven Spilberq rəhbərlik edəcək. Kann kinofestivalı mayın 26-da başa çatacaq.

Səbinə Həsənova
AzVision



Teqlər:  





Xəbər lenti