Sabah bu yollar bağlı olacaq - SİYAHI

Sabah bu yollar bağlı olacaq - SİYAHI
  20 Yanvar 2015    Oxunub:2267
Sabah yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, həmin gün Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 07:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və alternativ yollara üstünlük verməyə çağırıb.


Teqlər:



Xəbər lenti