Misir Mərdanov: `Bu mənim çoxdanki arzum idi`

Misir Mərdanov: `Bu mənim çoxdanki arzum idi`
  20 Yanvar 2015    Oxunub:3449
“… Onların sosial vəziyyətlərinin yaxşılaşmasına və təhsil sektorumuzun güclənməsinə gətirib çıxaracaq”
Məlum olduğu kimi, ötən həftə sonu prezident müəllimlərin bir hissəsinin maaşlarının artırılması ilə bağlı sərəncam verdi. Artıq bir neçə gündür ki, bu xəbərlə bağlı müzakirələr gedir, aidiyyatı insanların münasibəti öyrənilir. “A24.az” isə sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun yanaşmasını öyrənib.

Nazir olduğu dövrdən bu günədək müəllimlərin əməkhaqlarının mütəmadi artırılmasının tərəfdarı olduğunu deyən sabiq nazir əlavə edib ki, müəllimlərin maaşlarının artımı onun həmişəki arzusu olub: “Bu mənim həmişəki arzumdur. Ölkə başçısı da sağ olsun ki, belə bir addım atdı. Hər kəs kimi, mən də İlham Əliyevə təşəkkür edirəm. Müəllimlərin əməkhaqlarının artması onların sosial vəziyyətlərinin yaxşılaşmasına və təhsil sektorumuzun güclənməsinə gətirib çıxaracaq”.

Xatırladaq ki, bu il yanvarın 16-da prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.


Teqlər:





Xəbər lenti