Azərbaycanda polisi döydülər
Araşdırma zamanı məlum olub ki, Famil Səmədov Şəki şəhəri ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Famil Səmədova ilkin tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, Famil Səmədov Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) polis nəfəri vəzifəsində çalışır.
Hadisə ilə bağlı Şəki ŞRPŞ-dən bildirilib ki, Famil Səmədov həqiqətən Şəki ŞRPŞ-də polis nəfəri vəzifəsində çalışır. Hazırda Şəki ŞRPŞ-nin axtarış-əməliyyat qrupu Famil Səmədova hücum edən şəxslərin müəyyən edilərək tapılması və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmaq istiqamətində əməliyyat tədbiri həyata keçirir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


