Hava mülayim olacaq
Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 20-21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif, mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


