`Əlimizdən gələni edirik...`- Əli Əhmədov
AzVision.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini Əli Əhmədov bildirib. Kəlbəcər girovlarının azadlığa buraxılması məsələsinə toxunan Ə.Əhmədov vurğulayıb ki, ermənilərin girovlara münasibəti onların Azərbaycan xalqına qarşı aqressiv münasibətinin göstəricisidir:
“Azərbaycanlıların girov götürülməsi və onlara qondarma məhkəmənin qurulması onu göstərir ki, Ermənistan hökuməti və rejim Azərbaycan xalqına nə qədər düşmənçilik mövqeyindədir, aqressiv münasibət bəsləyir. Hesab edirəm ki, bu addımla onlar özlərini bütün dünya ictiamiyyəti qarşısında biabır vəziyyətə salıblar.
Nə qədər ki, onlar girovlara qarşı mövqelərini belıə saxlayacaqlar, bir o qədər də dünya ictiamiyyəti qarşısında öz mahiyyətlərini ortaya çıxarmış olacaqlar. Azərbaycan hökuməti girovların qaytarılması üçün bütün işləri görür”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


