Azərbaycanda iki qızıl yatağı kəşf edildi

Azərbaycanda iki qızıl yatağı kəşf edildi
  20 Yanvar 2015    Oxunub:2977
Ölkəmizdə daha iki qızıl yatağı kəşf edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazirin sözlərinə görə, yataqlar Böyük Qafqaz dağlarının şimal ətəyində və Kiçik Qafqaz dağlarında yerləşir. Onun sözlərinə görə, hazırda yataqda işlər gedir və yataqlar durmadan artır.

“Bu il ilk dəfə qızıl yataqlarının atlası nəşr olunub. Nə qədər qızıl istehsal olunmasına gəlincə, bu İqtisadiyyat və Sənaye Nazirliyinə aid olan məsələdir. Atlasda qızılın həcmi, yerləri qeyd olunub” - deyə H. Bağırov bildirib.

Nazir əlavə edib ki, hazırda yataqların ehtiyatları dəqiqləşdirilir.

Hafiz Əhmədov




Teqlər:  



Xəbər lenti